Serbiya referendumun nəticələrini qəbul etməyəcək

Serbiya DXR, LPR, Xerson vilayəti və Zaporojyedə keçirilən referendumun nəticələrini qəbul edə bilməz.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Serbiya Xarici İşlər Nazirliyinin rəhbəri Nikola Selakoviç BMT Baş Assambleyasından qayıdarkən bildirib.

Onun sözlərinə görə, Serbiya bu referendumların nəticələrini “BMT Nizamnaməsinə uyğun olaraq, eləcə də beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına uyğun olaraq” qəbul etməyəcək.

Selakoviç qeyd edib ki, belə bir tanınma Serbiyanın dövlət və milli maraqlarına, eləcə də ərazi bütövlüyünün və suverenliyinin qorunması və sərhədlərin dəyişməzliyi prinsipinə sadiqlik üzrə milli siyasətə tamamilə ziddir.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Karine Jan-Pier Birləşmiş Ştatlar “uydurma” referendumların nəticələrini rədd edəcəyini və Rusiya Federasiyasına yeni xərclər qoyacağını bildirmişdi.

...Belarusun xarici işlər naziri Vladimir Makey Minskin Belarusun maraqlarına əsaslanaraq davam edən referendumlarla bağlı qərar qəbul edəcəyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə