Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski bir həftə ərzində artıq ikinci dəfə - Rusiyada səfərbərlik elan edilməsi ilə əlaqədar Rusiya vətəndaşlarına rus dilində müraciət edib.
SİA-nın əldə etdiyi məlumata görə, Zelenski hərbi xidmətə göndərilə bilənlərə müraciət edərək, “Sizin üçün əsas məqam yetişdi: hazırda həyatınızın bitib-keçməyəcəyinə qərar verilir”-deyə bildirib.
Ukrayna prezidenti yenə də onlara bütün vasitələrlə səfərbərlikdən çəkinməyi tövsiyə edib: “Yad ölkədə hərbi cinayətkar kimi ölməkdənsə, çağırış vərəqəsini almamaq daha yaxşıdır”.
Ukrayna prezidenti rus ordusuna çağırılanları isə təslim olmağa çağırıb.
Onun sözlərinə görə, Ukrayna təslim olan hər bir rus əsgərinə sivil münasibətə zəmanət verir. Bundan əlavə, o, hərbçilərin təslim olmasının şərtlərini Rusiya hakimiyyətindən gizlətməyə, habelə rus məhbus vətəninə qayıtmaq istəməsə, ona bunu təmin etmək imkanı verəcəyini vəd edib.
Zelenski və digər Ukrayna liderləri onu da vurğulayırlar ki, Rusiyada səfərbərlik elan edilməsi müharibədə qələbə qazanmaq niyyətində olan Kiyevin strategiyasını dəyişmir.
Yeri gəlmişkən bildirək ki, sentyabrın 24-də Rusiya prezidenti Vladimir Putin könüllü təslim olmaya görə 10 ilədək həbs cəzası nəzərdə tutan qanunu imzalayıb. Qeyd edək ki, qanun səfərbərlik elan edilməmişdən bir gün əvvəl qəbul edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə