Müstəqilliyini elan edən Afrika ölkəsi seçkiləri təxirə salıb

Afrika ölkəsi Somalidən birtərəfli qaydada müstəqilliyini elan edən Somaliland noyabrda keçirilməsi planlaşdırılan prezident seçkilərini təxirə salıb. SİA xəbər verir ki, Somaliland Seçki Komissiyasından verilən açıqlamada prezident seçkilərinin texniki və maliyyə maneələrinə görə noyabrın 13-də deyil, yaxın 9 ayda keçiriləcəyi bildirilib. Müxalifət seçkilərin vaxtında keçirilməsi üçün avqust ayından etibarən nümayişlərə başlayıb, hadisələrdə 5 nəfər ölüb, 100-ə yaxın adam yaralanıb.

Nümayişlərə rəhbərlik edən müxalif Vadani Partiyası 2021-ci il parlament seçkilərində 31 mandat qazanaraq parlamentdə ən çox deputatı olan partiya olub. “Britaniya Somalisi” kimi tanınan Somaliland 1991-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə