Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini AÇIQLADI

Ukrayna Baş Qərargahı Rusiya ordusunun indiyədək 259 döyüş təyyarəsini itirdiyini açıqlayıb. SİA xəbər verir ki, Baş Qərargah Rusiya ordusunun 24 fevral-24 sentyabr tarixləri arasında verdiyi itkilərlə bağlı açıqlama yayıb.

Açıqlamada Rusiya ordusunun son 24 saatda 400 əsgərlə birlikdə indiyə qədər 56 min 700 əsgər itirdiyi iddia edilib. Açıqlamada Rusiya ordusunun son 24 saatda daha 4 döyüş təyyarəsi itirdiyi, indiyə qədər isə ümumilikdə 259 təyyarə itirdiyi bildirilib. Həmçinin ruslara məxsus 220 helikopter, 2275 tank, 4832 zirehli texnika, 1368 top, 328 reaktiv yaylım atəşi sistemi və 171 hava hücumundan müdafiə sisteminin məhv edildiyi vurğulanıb.

Məlumatda o da bildirilib ki, Rusiya qüvvələrinə məxsus 3701 texnika, 15 gəmi və yüngül sürətli qayıq və 966 pilotsuz uçuş aparatı məhv edilib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu sentyabrın 21-də Ukraynadakı müharibədə 5937 rus əsgərinin həyatını itirdiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə