Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə görüş keçirilib

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman xəzinə və maliyyə naziri Nurəddin Nəbati ilə görüşüb. SİA xəbər verir ki, Ciddədəki Əl-Salam sarayında vəliəhd şahzadə Salman ilə nazir Nəbati arasında keçirilən görüşə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da qatılıb.

Görüşdə Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli əlaqələr müzakirə edilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprel ayında isti münasibətlərin yenidən qurulduğu Səudiyyə Ərəbistanına səfər etmiş, vəliəhd Şahzadə Salman isə iyun ayında Türkiyəyə gəlmişdi. Keçirilən görüşlərdən sonra yayılan birgə bəyanatda iki ölkə qarşılıqlı ticarəti inkişaf etdirmək və şaxələndirmək, iki ölkə arasında qarşılıqlı ticarəti asanlaşdırmaq və çətinlikləri aradan qaldırmaq, dövlət və özəl sektorda kommunikasiyanı artırmaq məqsədi daşıyıb. İki ölkə arasında investisiya imkanlarının araşdırılması və müxtəlif sahələrdə konkret ortaqlıqlara çevrilməsi üçün müzakirələrin aparıldığı ifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə