“İrana nüvə silahı əldə etməyə imkan verməyəcəyik!”

...ABŞ İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək və bunu İrana “başa salmaq üçün” diplomatiya və danışıqları ən yaxşı yol kimi görür.

SİA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu “Fox News” telekanalına müsahibəsində Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Amerika, necə deyərlər, dirənib və açıq mətinlə... “Biz İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik” deyib durur.

Kirbi bildirir ki, bir neçə həftə əvvəl biz sövdələşməyə qayıtmağa bir az daha yaxın olduğumuzu düşündük.

Amma yenə də onun sözlərinə görə, ABŞ hələ də diplomatiya və danışıqları İranla razılaşmanın ən yaxşı yolu kimi görür.

...Qeyd edilməlidir ki, müsahibə zamanı ABŞ-ın “bacardığı qədər” Rusiyanın nüvə imkanlarını izlədiyini deyən Kirbi, ölkəsinin strateji çəkindirmə ilə bağlı mövqeyini dəyişdirmək üçün heç bir siqnal görmədiklərini bildirib.

Bununla yanaşı, o, ABŞ-ın Rusiya hakimiyyətinin mövqeyini “məsuliyyətsiz” hesab etdiyini də qeyd edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə