Sakinlər səs verməyə məcbur gətirilirlər..?

Sakinlər səs verməyə məcbur gətirilirlər..?

...Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisinin sakinləri hədə-qorxu və qapı-qapı gəzərək “referendum”da səs verməyə məcbur edilir.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə məlumat telemarafonunun efirində Donetsk Regional Hərbi Administrasiyasının sədri Pavel Kirilenko bildirib.

“Psevdoreferendum” (...qanunilik baxımından legitim olmayan referendum-A.B.) Donetsk vilayətinin də müvəqqəti işğal olunmuş ərazisindən yan keçməyib. Bundan əlavə, müvəqqəti işğal olunmuş ərazilərin sakinləri hədə-qorxu ilə, sözün hərfi mənasında, bu saxta referendumda öz səslərini verməyə məcbur edilirlər.

Kirilenkonun sözlərinə görə, işğalçılar “referendum”da səsvermədən Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisinin kişi əhalisinin sayını öyrənmək, onları “DXR” sıralarına səfərbər etmək üçün də istifadə edirlər.

O əlavə edib ki, Ukraynanın müvafiq orqanları düşmənin Ukraynanın seçki sistemindən heç bir məlumat almaması üçün bütün tədbirləri görüblər.

“...Mən bilirəm ki, Donetsk və Luqansk vilayətlərində Təhlükəsizlik Xidmətinin baş idarəsinin xüsusi xidmət orqanları və regional qurumları tərəfindən böyük həcmdə iş aparılıb ki, bu seçici siyahılarının bütün elektron formaları lazımi şəkildə bloklanıb”. Bunu da Kirilenko bildirib.

Yeri gəlmişkən, Beynəlxalq ictimaiyyət Kremlin bu niyyətlərini pisləyib. Xüsusən də G7 ölkələri və Avropa İttifaqı müvəqqəti olaraq işğal olunmuş Ukrayna ərazilərində “psevdoreferendum”lar təşkil etdiyinə görə Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq edəcəklərini açıqlayıblar.

Bu arada Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, Ukrayna yalançı referendumlar yolu ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təcili iclasını çağırır. Ukrayna Xarici İşlər Nazirliyi onu da qeyd edib ki, Rusiya Federasiyası Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdinə görə məsuliyyət daşımalıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə