"Kim mane olarsa tarixin təkərləri ilə əziləcək" - ÇİN XİN RƏHBƏRİ
Çinin xarici işlər naziri Vanq Yi, Tayvanla bağlı xarici müdaxiləyə qarşı durmaq üçün ən güclü addımları atacaqlarını bildirib. SİA xəbər verir ki, Vanq Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında iştirakçılar qarşısında çıxışında deyib ki, yalnız Çin tam birləşdikdə Tayvan boğazında əsl sülh əldə edilə bilər. Pekin rəhbərliyinin "xarici müdaxiləyə qarşı çıxmaq üçün ən güclü addımları atacağını" ifadə edən Vanq, "Çin Xalq Respublikası bütün Çini təmsil edən yeganə hökumətdir" dedi.
Nazir Vanq bəyan edib ki, vahid Çin prinsipi beynəlxalq münasibətlərdə fundamental normaya çevrilib. Kim Ada ilə birləşmək əzminə mane olarsa, "tarixin təkərləri ilə əziləcək" ifadəsini işlədib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB