Suriya dənizində Livandan Avropaya getmək istəyən qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində həyatını itirənlərin sayı 94-ə çatıb. SİA xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-da dərc olunan bəyanatda, Livanın Yüksək Yardım Komitəsinin sədri general-mayor Məhəmməd Nonun 22 sentyabrda baş vermiş qayıq qəzası ilə bağlı paylaşdığı son məlumatlar yer alıb.
O, bildirib ki, dünəndən bəri davam edən axtarış-xilasetmə işləri çərçivəsində indiyədək dənizdə 94 cəsəd tapılıb. Suriyanın həyata keçirdiyi axtarış-xilasetmə işlərində sağ qalanların sayına da toxunan Məhəmməd Non, 5-i livanlı, 2-si fələstinli və 12-si suriyalı olmaqla cəmi 19 adamın Tartusdakı xəstəxanada müalicə altına alındığını bildirib. O, xəstəxanada olan livanlı və fələstinlilərin vəziyyətləri yaxşılaşdıqdan sonra ölkəyə qaytarılacağını bildirib. Livan ordusunun bu gün verdiyi açıqlamada gəmi qəzasında hadisə ilə bağlı 2 şübhəlinin tutulduğu qeyd edilib.
Qeyd edək ki,sentyabrın 22-də Livanın şimalında Tripolidən yola düşən qeyri-müntəzəm miqrant qayığı batıb. Qayıqda suriyalı və fələstinlilərlə yanaşı, livanlıların da olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB