ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib...

...Rusiyanın Ukraynada keçirdiyi referendumlara görə
ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib...

ABŞ və Albaniya Donbassda, eləcə də Xerson və Zaporojye vilayətlərində referendumların keçirilməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini xahiş ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” Təhlükəsizlik Şurasındakı mənbəyə istinadən xəbər yayıb.

“...Birləşmiş Ştatlar, Albaniya və Ukrayna referendumların müzakirəsi üçün çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyib”, - mənbə bildirib.

Xatırladaq ki, cümə günü Donetsk və Luqansk Xalq Respublikalarında, həmçinin Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək üçün referendum başlayıb. Səsvermə beş gün, yəni sentyabrın 27-dək davam edəcək.

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre daha əvvəl Birləşmiş Ştatların bu əraziləri heç vaxt “Ukraynanın tərkibindən başqa heç bir şey” kimi tanımayacağını və dünyadakı müttəfiqləri ilə birlikdə Rusiyanın elan edəcəyi uydurma nəticələri rədd edəcəyini bildirmişdi.

Jan-Pier həmçinin ABŞ hökumətinin Ukraynaya dəstəyini davam etdirəcəyinə də söz verdiyini bəyan etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə