ABŞ Tayvana silah tədarükünü davam etdirəcək!

ABŞ Tayvana silah tədarükünü davam etdirəcək!

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi, ABŞ öz ərazisini müdafiə etmək üçün Tayvanı silahla təmin etməyə davam edəcəyini bildirib.

SİA xəbər verir ki, “RİA Novosti” bu barədə “Fox News” telekanalına istinadən məlumat verir.

“...Təxminən bir həftə əvvəl Tayvana 1,1 milyard dollarlıq qabaqcıl silah satışı həyata keçirilib. Biz bunu davam etdirəcəyik”, - Kirbi deyib bunu.

O daha sonra qeyd edib ki, ABŞ Tayvanın özünümüdafiəsini “çox ciddi” təmin etmək məsuliyyətini öz üzərinə götürür.

...Bir daha xatırladaq ki, Vaşinqtonla Pekin arasında münasibətlər ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin avqustun əvvəlində Tayvana səfərindən sonra pisləşib. Çin bu səfəri ABŞ-ın Tayvan separatizminə dəstəyi kimi qiymətləndirərək, bu səfəri pisləyib və genişmiqyaslı hərbi təlimlər keçirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə