“Onlar heç nədən korluq çəkmirlər?..”

“Onlar heç nədən korluq çəkmirlər?..”

...Ukrayna Silahlı Qüvvələrinin çoxlu miqdarda idxal edilən dərman vasitələri, Qərb elektronikası, silah və qida məhsulları var.

SİA-nın belarus saytlarından əldə etdiyi məlumata görə, bunu “Ladan” çağırış işarəsi olan rus kəşfiyyatçı bildirib.

...Onların Qərbdən ciddi tədarükü var, hər şeyləri var - elektronikaları, dərmanları, yeni qida məhsulları...

Rus kəşfiyyatçı, Kiyevə verilən Qərb silahlarını və digər əşyaları kubok kimi qəbul etmədiyini,..və bu silahların xoşagəlməz “sürprizləri” ilə qarşılaşdıqlarını da etiraf edib.

Onun dediyinə görə, bir dəfə döyüşdən sonra atılıb qalmış “Cavelin”i, Amerikanın insan tərəfindən daşınan tank əleyhinə raket sistemini döyüş yoldaşlarımdan biri qaldırmaq istədi. Sən demə, raket sisteminin altında “sürpriz” yatırmış...nəticədə iri cüssəli gənc yerindəcə parça-parça oldu.

“...Bu səbəbdən, məsələn, mən heç nəyə toxunmamağa çalışıram”, - deyə rus kəşfiyyatçısı bildirib.

Qeyd edək ki, həmə o rus kəşfiyyatçısı Ukraynada olduğu ərəfədə Qərb silahlarının müxtəlif növlərinə rast gəldiyini bildirib.

Onun sözlərinə görə, “Ağcaqanad” adlı Polşanın birdəfəlik qumbaraatanını, “Cavelin”ləri , RPG-mizin Çex alt növlərini görüb. O hətta amerikan snayper tüfəngi gördüyünü də deyir.

...Yeri gəlmişkən, bir müddət bundan əvvəl Amerika Birləşmiş Ştatlarının yaxın günlərdə növbəti dəfə Ukraynaya yeni hərbi yardım paketi ötürməyə hazırlaşdı məlum olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə