Ruslar Fransadakı siyasi partiyaları maliyyələşdirir..?

Ruslar Fransadakı siyasi partiyaları maliyyələşdirir..?

Fransada prezident Emmanuel Makron tərəfindən təsis edilən İntibah Partiyasının səkkiz deputatı ölkənin Milli Assambleyasında fransız partiyalarının “Rusiya tərəfindən maliyyələşdirilməsi” ilə bağlı mümkün halları araşdırmaq üçün komissiya yaradılmasını tələb edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Frans Press” yayıb.

Nəşrin məlumatına görə, qərar bu ayın əvvəlində ABŞ-ın açıqlamasından sonra verilib.

Qeyd edək ki, ABŞ Xarici İşlər Nazirliyi iddia edib ki, Rusiya 2014-cü ildən bəri iyirmi ölkədə ona rəğbət bəsləyən siyasətçiləri və partiyaları dəstəkləmək üçün ən azı 300 milyon dollar xərcləyib.

Bildirilir ki, bəyanatda prezident partiyasından olan deputatlar bir gün əvvəl Milli Assambleyanın sədri Yael Bron-Piveyə göndərdikləri məktuba istinad edirlər.

Həmin məktubda “məlumatın ciddiliyi nəzərə alaraq belə bir araşdırmanın aparılmasının zəruriliyini əsaslandırırlar.

Əslində, doğrudan da çox ciddi məsələdir və burada söhbət “Fransadakı siyasi partiyalardan hansının Rusiyadan maliyyə aldığını öyrənməkdən gedir”.

Ağasəf Babayev

,

Bütün xəbərlər Facebook səhifəmizdə