Hindistanda bir gündə 30-dan çox adam ölüb...

...leysan və ildırım səbəbindən
Hindistanda bir gündə 30-dan çox adam ölüb...

Hindistanın şimalındakı Uttar Pradeş ştatında son sutka ərzində güclü leysan və ildırım çaxması səbəbindən azı 36 nəfər ölüb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, leysan zamanı evlərin uçması nəticəsində azı 24 nəfər ölüb. Qalan 12 nəfər isə ildırım vurması nəticəsində həyatını itirib. Bundan əlavə, daha bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Təkcə son beş gündə ştatda ildırım vurması nəticəsində 39 nəfər dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə