Putin hərbi xidmətlə bağlı düzəlişlər paketini imzalayıb

Putin hərbi xidmətlə bağlı düzəlişlər paketini imzalayıb

Rusiya prezidenti Vladimir Putin Rusiyada hərbi xidmətlə bağlı düzəlişlər paketini imzalayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

İndi hərbi xidmət əleyhinə olan cinayətlərə görə ağırlaşdırıcı hal təkcə silahlı münaqişə və ya döyüş əməliyyatları zamanı deyil, səfərbərlik və ya hərbi vəziyyət dövründə, müharibə dövründə də törədildikdə nəzərə alınacaq.

Hərbi əmrlərin yerinə yetirilməməsinə, yayınmalara və xidmət qaydalarının pozulmasına görə məsuliyyət də sərtləşdirilir.

Xidmətdən kənara çıxma və ya icazəsiz imtinaya görə, müqaviləli əsgərlərlə yanaşı, ehtiyatda olan hərbçilər də cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Cinayət məcəlləsinə əsasən, könüllü təslim olma, talama, dövlət müdafiə sifarişi üzrə müqavilənin şərtlərini dəfələrlə pozmağa, habelə dövlət müdafiə sifarişi ilə müqavilə bağlamaqdan dəfələrlə imtina etməyə görə də cəza tətbiq edilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə