Sosial şəbəkələrdə Çində ordunun hökuməti ələ keçirməsi ilə bağlı iddialar yayılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, beynəlxalq ictimaiyyətdə maraq doğuran vəziyyətdən sonra Pekin küçələrində vəziyyətin sakit olduğu görülüb və iddialar təkzib edilib.
Çinli jurnalist Cennifer Zenqin ölkədəki Hərbi Çevriliş iddiası sosial mediada ayağa qalxıb.
Youtube kanalı və Twitter hesabında Çinlə bağlı paylaşımlar edən jurnalist Zenq Çin prezidenti Si Cinpinə qarşı çevriliş edildiyini və Xinin ev dustaqlığında saxlanıldığını iddia edib.
Müxalifət qruplarına yaxınlığı ilə də tanınan jurnalist Zenqin iddiası rəsmi mənbələr tərəfindən təsdiqini tapmayıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB