Qırğızıstan-Tacikistan sərhədində ölüm halları artır

Qırğızıstan-Tacikistan sərhədində ölüm halları artır

Sentyabrın 14-17-də Qırğızıstan-Tacikistan sərhədində baş verən toqquşmalarda insan itkiləri artır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Qırğızıstan Səhiyyə Nazirliyindən verilən açıqlamada qarşıdurmalarda həyatını itirənlərin sayının 59-dan 62-yə, yaralıların sayının isə 198-ə yüksəldiyi bildirilib.

Tacikistan hakimiyyətinin əvvəlki açıqlamalarında qarşıdurmalarda 35 nəfərin həyatını itirdiyi, 30 nəfərin yaralandığı bildirilmişdi. Beləliklə, iki ölkə arasındakı qarşıdurmalarda həyatını itirənlərin ümumi sayı 97-yə, yaralananların sayı isə 228-ə yüksəlib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə