Etirazlarda 35 nəfər həyatını itirib

Etirazlarda 35 nəfər həyatını itirib

Hicab taxmadığı üçün saxlanılan Məhsa Əmininin ölümü ilə başlayan etiraz dalğası dayanmır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tehran rəhbərliyi bu gün növbəti rəsmi açıqlamanı verəcək.

İran dövlət televiziyasında yayımlanan xəbərə görə, ölkə daxilində baş verən etirazlarda polis məmurları və İnqilab Keşikçiləri Korpusunun Besiç milislərinin üzvləri də daxil olmaqla 35 nəfərin həyatını itirdiyi açıqlanıb.
Ölənlərin sayı ilə bağlı İran rəsmiləri tərəfindən rəsmi açıqlama veriləcəyi vurğulanıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə