ABŞ-ın strateji neft ehtiyatı 427 milyon barrelə qədər azalaraq 1983-cü ildən bəri ən aşağı səviyyəyə çatıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “The Wall Street Journal” yayıb.
Nəşrin yazdığına görə, ehtiyatın tükənməsi daha əvvəl ABŞ prezidenti Cozef Baydenin benzinin qiymətini aşağı salmaq cəhdi ilə 180 milyon barel neftin buraxılmasına göstəriş verməsi ilə bağlıdır.
Hazırda ölkənin enerji sektorunun təhlükəsiz olduğunu yazan nəşr, risklərin dekabra qədər arta biləcəyini də istisna etmir.
Maraqlıdır ki, ABŞ-ın belə bir vəziyyətlə üzləşməsini Avropa İttifaqının Rusiyadan neft idxalına qoyduğu qadağadan sonra yaşandığı iddia edənlər də var.
Buna baxmayaraq, ABŞ-ın strateji ehtiyatını nə vaxt tam həcmdə, yəni 727 milyon barellə doldura biləcəyi barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, martın sonunda Cozef Bayden öz fərmanı ilə ABŞ Energetika Nazirliyinə benzinin qiymətini aşağı salmaq üçün 180 gün ərzində strateji ehtiyatdan gündəlik 1 milyon barel neft satmağı əmr etdi.
Daha sonra Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Brayan Diz bu müddət bitdikdən sonra ölkə administrasiyasının strateji ehtiyatdan neftin satışını davam etdirməyi planlaşdırmadığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB