Şərqi Aralıq dənizində miqrant fəlakəti: 77 ölü

Şərqi Aralıq dənizində miqrant fəlakəti: 77 ölü

Ötən gün Suriyanın Tartus şəhəri yaxınlığında qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 77-yə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölənlərin sayının artacağından ehtiyat edilir.

Ölkənin şimalındakı Tripoli şəhərindən yola düşən “İmmiqrant” gəmisi ötən gün batıb. Suriyanın Tartus şəhəri yaxınlığında batan kiçik qayığın göyərtəsində əksəriyyəti livanlı və suriyalı olan təxminən 150 nəfər olub.

Suriyanın səhiyyə naziri Həsən əl-Qabaş “Qayığın batması nəticəsində həyatını itirənlərin sayı 77 nəfərə çatıb”,-deyib. O əlavə edib ki, xilas edilən 20 nəfərə Tartus şəhərində tibbi yardım göstərilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə