“Biz bura zorla göndərilən çeçenləri qorumalıyıq...”

Kadırov Çeçenistanda hərbi xidmətə çağırış planını 254 faiz artıqlaması ilə yerinə yetirdiyini deyir
“Biz bura zorla göndərilən çeçenləri qorumalıyıq...”

...Əvvəla qeyd edək ki, dünənə qədər Ramzan Kadırovun Əhməd Zakayevi öldürməyə çağırışının guya sonuncunun Ukraynadakı fəaliyyəti səbəb kimi göstərilirdi.

Amma deyilənlərə görə, Kadırovun Zakayevə birdən-birə belə diqqət yetirməsi sonuncunun populyarlığına onun artmasına da təsir göstərib.

Maraqlıdır ki, rusiyalı vəkil Yevgeni Çernousov Kadırovun zorakı hərəkətlərə çağırışının, onun qanunla nəzərdə tutulmuş məsuliyyəti daşımaq şansının olmadığını bildirib.

Xatırladaq ki, sentyabrın 21-də Ramzan Kadırov Böyük Britaniyada yaşayan Əhməd Zakayevi nəyin bahasına olursa-olsun “ələ keçirməyə” hazır olduğunu və özünü İçkeriyalı adlandıran siyasətçini öldürməyi xaricdəki həmvətənlərinə təklif etdiyini bildirib.

Qeyd edək ki, hələ fevralın 26-da Böyük Britaniyada mühacir həyatı yaşayan Əhməd Zakayev Ukrayna prezidentinə Avropada yaşayan Çeçenistandan olan mühacirlərin döyüş bölgəsinə göndərilməsini təklif etmişdi.

Bu gün “...Kadırovun təhdidləri Zakayevin Ukraynanın tərəfində olan çeçen döyüşçülərinin ilhamvericisi kimi aktivləşməsi ilə bağlıdır”.

Maraqlıdır ki, bunu Ramzan Kadırov haqda kitab yazan rusiyalı ekspert Aleksey Malaşenko deyib. Ekspertin fikrincə, Kadırovun Zakayevə qarşı təhdidləri ilk növbədə sonuncunun Ukraynadakı fəaliyyəti ilə bağlı olsa da, lakin fakt budur ki, Zakayev bu gün hansını məhv edə biləcək ən böyük fiqur deyil.

Məsələ bundadır ki, sentyabrın 21-də qismən səfərbərlik elan edildikdən sonra Zakayev Çeçenistan hakimiyyəti tərəfindən Ukraynaya getməyə məcbur edilən həmvətənlərini ora getməmək üçün mümkün olan hər şeyi etməyə çağırıb. “Qoy sizə fərari desinlər, amma çalışın ki, onlara təslim olmayasınız”. Zakayev bunu videomüraciətində bildirib.

Yabanı üzümlərlə örtülmüş divarın qarşısında lentə alınan videoda Zakayevin Ukraynada olduğu bilinir.

Yeri gəlmişkən Zakayevin yuxarıdakı müraciətinə diqqət cəkən Aleksey Malaşenko bu cür müraciətlərin çeçen diasporunda... öz cavabını tapa biləcəyini istisna etmir.

...Burada deyirlər... “dəliyə yel ver, əlinə bel ver.

Deməli, Kadırov elə həmin gün Zakayevin videosuna reaksiya göstərərək onu qorxaqlıqda ittiham edib.

Məsələ bundadır ki, Ramzanı qıcıqlandıran videoda Zakayevin... “Biz bilirik ki, onların çoxları iradəsi əleyhinə olaraq döyüşlərə göndərilirlər və bura göndərilmiş belə bir çeçen qardaşla qarşılaşsaq, biz onu xilas etməyə və birtəhər bu vəziyyətdən çıxarmağa çalışacağıq. Biz bura zorla göndərilənləri qorumalı və bütün gücümüzlə xilas etməliyik” -deyə bildirməsidir.

...Məhz bundan sonra Cecenstanda Zakayevə qarşı... söyüş kampaniyası geniş vüsət alıb.

Bundan əlavə, “Qroznı” ÇGTRK öz Telegram kanalında Zakayevi hədələyən bir sıra videogörüntülər yayımlayıb. Çeçenistan Respublikasının komandirləri və döyüşçüləri qaçaq cinayətkar Zakayevə qarşı bəyanatlar veriblər. Onu tapacaqlarına və saysız-hesabsız cinayətlərə, təxribatlara və böhtanlara görə məsuliyyətə cəlb edəcəklərinə söz veriblər.

...Yeri gəlmişkən, bu arada Kadırov da Çeçenistanda hərbi xidmətə çağırış planını 254 faiz artıqlaması ilə yerinə yetirdiyini deyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə