Fransada enerjiyə qənaət...Eyfel qülləsi erkən qaraldı

Fransada enerji qənaətinə keçidin təsirli olması və məlumatlılığın artırılması üçün bəzi turistik və tarixi binaların işıqlarının normal saatlardan əvvəl söndürülməsinə qərar verilib. SİA xəbər verir ki, bu çərçivədə paytaxtın simvoluna çevrilən Eyfel qülləsi 1 saat 15 dəqiqə əvvəl qaralıb. Eyfel qülləsinin işıqları normal olaraq hər gün yerli vaxtla saat 01:00-da söndürülür. Parisin bütün yerlərindəki meriyaların, bələdiyyə muzeylərinin və təxminən 52 metr hündürlüyündəki Sen-Jak qülləsinin işıqları da yerli vaxtla axşam saat 22-də söndürülüb.

Paris Bələdiyyə sədri Anne Hidalqo, 13 sentyabrda "tvitter"də bələdiyyənin enerjiyə qənaət çərçivəsində aldığı yeni qərarları açıqlayıb və bələdiyyəyə bağlı binaların, eləcə də Eyfel qülləsinin işıqlarının yandırılacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə