Deyəsən, Rusiya həm qorxur, həm də...qorxudur?

Deyəsən, Rusiya həm qorxur, həm də...qorxudur?

Rusiya prezidenti Vladimir Putin NATO ordusunun Ukrayna münaqişəsinə girəcəyi və ya Ukrayna Silahlı Qüvvələrinin Rusiya sərhədini keçəcəyi təqdirdə nüvə silahından istifadəyə göstəriş verə bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fərziyyəni Ağ Evin keçmiş analitiki, ABŞ Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş məsləhətçisi Mark Kansian səsləndirib.

Deyildiyi kimi, amerikalı analitik iki variant göstərir: NATO qoşunlarının Ukrayna və Ukrayna qoşunlarının isə Rusiya ərazisinə daxil olması Kremli nüvə silahından istifadə edə biləcəyi üçün əsas ola bilər.

Maraqlıdır ki, Britaniya Müdafiə və Təhlükəsizlik Analitik Mərkəzinin eksperti Edvard Arnoldun fikrincə, təsvir edilən hər iki nəticə elə də real görünmür.

Məsələn ingilis analitikin fikrincə, hazırda NATO eskalasiya risklərini azaltmağa çalışır, buna görə də Ukrayna ərazisinə qoşun yeritmir.

Arnoldun fikrincə, ikinci variant da qeyri-mümkündür, çünki bu, Putinin Rusiya Federasiyasının suverenliyini qorumaq üçün xüsusi əməliyyatın keçirilməsinin zəruriliyi barədə dediklərini təsdiq edəcək.

...Rusiya Donbassı qorumaq üçün xüsusi əməliyyat keçirir. Putin dəfələrlə bildirib ki, nüvə müharibəsi heç vaxt açılmamalıdır. Bununla yanaşı, hərbi ekspert hesab edir ki, son aylarda Ukrayna Zaporojye AES-in müntəzəm atəşə tutulması səbəbindən çox təhlükəli xəttə yaxınlaşıb, yəni dünya nüvə fəlakəti ilə təhdid olunur.

Yeri gəlmişkən xatırladaq ki, sentyabrın 21-də Putin ölkəsini və xalqını NATO ölkələrinin yaratdığı təhlükədən, o cümlədən nüvə silahından istifadə etməklə qorumaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə hazır olduğunu bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə