Türkiyə PUA-ları ixracda yeni nailiyyətlərə hazırdır

Türkiyənin müdafiə sənayesi məhsulları olan "Anka" və "Aksunqur" yeni imkanlar qazanarkən, milli pilotsuz uçuş aparatları (PUA) yaxın gələcəkdə yeni ixrac uğurlarına hazırlaşır. SİA xəbər verir ki, türk müdafiə sənayesi şirkətləri öz məhsul və imkanlarını Afrika Aerokosmik və Müdafiə Sərgisi "AAD 2022"də nümayiş etdirir. Sərgidə türk müdafiə sənayesi özünün təyyarə, helikopter, pilotsuz uçuş aparatları və peyk platformalarını təqdim edib və bunlarla bağlı bir sıra görüşlər keçirib.

TUSAŞ İHA Sistemləri baş direktorunun müavini Ömər Yıldız, "Kuzqun"un sərbəst düşən versiyasının "Aksunqur" ilə inteqrasiyası üzərində çalışdıqlarını bildirərək, raket və turbo mühərrikli versiyaların da davam edəcəyini söyləyib. Yıldız, "Kuzqunun yer sınaqlarını bitirdik, virtual atəş nöqtəsinə gəldik. "Kuzqun"un inteqrasiyası 1 aya tamamlanacaq və sahədə istifadə ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...