Rus saytları seçkilərdə fəallıq olduğunu yazırlar...

LDNR-də, Zaporojye və Xersonda referendumun ilk günündə seçici fəallığı məlum olub...?

Donetsk və Luqansk Xalq Respublikalarında, Zaporojye və Xerson vilayətlərində keçirilən Rusiya Federasiyasının tərkibinə daxil olmaq üzrə referendumda seçicilərin fəallığı ilk səsvermə günü 15,31 faizdən 23,64 faizə qədər olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS regional komissiyaların nümayəndələrinə istinadən xəbər yayıb.

Qeyd olunur ki, DXR, LPR, Zaporojye və Xerson vilayətlərində referendumlar sentyabrın 23-dən 27-dək keçiriləcək. Seçkilərdə xarici müşahidəçilər və jurnalistlər iştirak edirlər. Xüsusilə, təkcə DXR-də 20-dən çox ölkədən 542 jurnalist akkreditasiyadan keçib.

DXR MSK-nın sədri Vladimir Vısotski bildirib ki, səsvermənin ilk günündə respublikada referendumda seçici fəallığı 23,64 faiz təşkil edib. Səsvermədə 370 mindən çox insan iştirak edib.

Bundan əlavə, respublikanın Moskvadakı nümayəndəliyinin binasında yerləşən seçki məntəqəsində 550 nəfər səs verib.

LPR MSK-nın rəhbəri Yelena Kravçenko bildirib ki,.. demək olar ki, 299 min nəfər səs verib. Onun dediyinə görə, seçici fəallığı 21,97 faizə çatıb.

Rusiya Federasiyasında LPR MSK komissiyasının sədri Svetlana Kirsanova qeyd edib ki, Rusiyadakı seçki məntəqələrində respublikanın 73 mindən çox vətəndaşı səs verib.

Zaporojye vilayətinin seçki komissiyasının sədri Qalina Katyuşşenko referendumda seçici fəallığını “gözlənilməz dərəcədə yüksək” adlandırıb. Onun sözlərinə görə, xarici seçki məntəqələrində səs verənlər nəzərə alınmaqla bu, 20,52 faiz təşkil edib.

Xerson vilayəti MSK-nın rəhbəri Marina Zaxarova bildirib ki, seçici fəallığı 15,31 faiz təşkil edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə