Ruslar ailəvi bomba sığınacaqları tikdirirlər...

...Deyirəm nüvə təhlükəsini eşidən ruslar elə indidən hazırlıqlarına başlayıblar.

Beləliklə, son iki həftə ərzində Rusiyada bomba sığınacaqlarına tələbat artıb. Vətəndaşların belə tikililəri almağa tələsmələri barədə sığınacaqlardan birinin satıcısı Aleksey məlumat verib.

SİA xəbəri “Rise”yə istinadən verir.

Deməli, onun, Alekseyin dediyinə görə, ən çox müraciətlər Kursk və Belqorod vilayətlərindən gəlir. Özü da son günlər sifarişlərin sayı xeyli artıb. Belə ki, əvvəllər əgər həftədə bir sifariş olurdusa, indi həftə ərzində sığınacaqla bağlı 5-6 müraciət olur.

Aleksey qeyd edib ki, zəng edənlərin əksəriyyəti bomba sığınacaqlarının qiyməti və avadanlıqları ilə maraqlanır. Təbii ki, deyilən qiymət bütün müraciət edənləri qane etmir. Ona görə də müraciət edənlərin yalnız 30 faizi sifariş verir.

Satıcı Alekseyin sözlərinə görə, malın qiyməti quraşdırma və yerləşdirmə bölgəsindən asılıdır, məbləğ 150 mindən 10 milyon rubla qədər dəyişir.

Yeri gəlmişkən, sentyabrın əvvəlində Ukraynanın ən zəngin adamı Rinat Əhmədova məxsus polad zavodu portativ hərbi sığınacaqlar tikməyə başlayıb.

Bundan əlavə, şirkət Ukrayna əsgərlərini kapsullarla təmin edir.

Qeyd edək ki, belə sığınacaqlar yerin bir yarım metr altına batandan sonra 150 millimetrlik mərmilərin təsirinə tab gətirə bilir. Onu da bildirək ki, bir sığınacağın qiyməti 200 min qrivnadır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...