Kadırov “yoldan çıxanlara” müraciət edib

Kadırov “yoldan çıxanlara” müraciət edib

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyada hərbi xidmətdən yayınanlara müraciət edərək onları “ikinci dərəcəli insanlar” adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, onun müraciətinin mətni Telegram kanalında dərc olunub.

Deyim ki, Ramzan öz müraciətində kimə və necə müraciət etməyi də bilmir.

Əslində döyüşdən qaçanlara fərari deyirlər. Bəs, Ramzan kimə müraciət edir? Nə isə...

Onun dediyinə görə səfərbərlikdən qaçanlar müxtəlif bəhanələr gətirə bilərlər. İndiki siyasəti dəstəkləmədiyinizi deyə bilərlər. Müharibə ideyasının və silah anlayışının onlara yad olduğu və ya sadəcə zorakılığı qəbul etmədikləri bir nağılla qarşılaşa bilərlər. Ancaq onu da bilməlidirlək ki, onlar sadəcə qorxaq, satqın və ikinci dərəcəli insanlardırlar

Kadırov Çeçenistanda hərbi xidmətə çağırış planını 254 faiz artıqlaması ilə yerinə yetirdiyini deyir.

O bildirib ki, , insanlar dövlətin xidmətlərinə ehtiyac duyduqda, öz hüquqlarını tələb edirlər və Rusiya Konstitusiyasının ölkə vətəndaşının hüquq və azadlıqlarını təsvir edən ikinci fəslinə isə "barmaq soxurlar". Ancaq ölkənin dəstəyə ehtiyacı olanda azğınlar qorxaqlaşır və “qohum, dost, tanış, ev, şəhər” qoyub gedirlər. “Və heç bir bəhanə bu rüsvayçılığınızı yuya bilməz, ey azğın. Siz hətta qorxaqlığınızı etiraf etməyə qorxursunuz”. Deyim ki, bunu da Kadırov bildirib.

...Amma yeri gəlmişkən xatırladım ki, Ramzan Kadırov Çeçenistanda hakimiyyətdə olduğu müddətdən bəri ilk dəfədir ki, yerli xalq açıq şəkildə ona, onun “səfərbərlik təbliğatına” qarşı ayaqa qalxdı.

Nə bilmək olar, bəlkə heç Ramzan özü də bunu gözləmirdi, amma fakt fakrlığındadır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə