Serbiya Rusiyanın arxasındadır...

Qərb ölkələri Rusiyanı BMT Təhlükəsizlik Şurasından (TŞ) çıxarmağa çalışacaq. Hadisələrin bu cür inkişafını Serbiya prezidenti Aleksandr Vuçiç proqnozlaşdırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu TASS yayımlayıb.

“...Mən demək olar ki, əminəm...Qərb qüvvələri bunu etməyə çalışacaqlar, uğur qazansalar da, qazanmasalar da, amma hər halda bunu edəcəklər. Bizdən isə ancaq gözləmək qalır”,-deyə Serbiya dövlət başçısı bildirib.

Vuçiç xatırladıb ki, belə bir qərarın qəbulu üçün BMT üzvlərinin üçdə ikisinin lehinə səs verməsi lazımdır.

Serbiya dövlət başçısı söz verib ki, Belqrad Moskvanın BMT Təhlükəsizlik Şurasından çıxarılmasına səs verməyəcək.

Onun sözlərinə görə, guya “...bu, qlobal hüquqi nizamın məhvi olar”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə