Rusları dollara da "həsrət qoymaq" istəyirlər...

Avropa İttifaqı Rusiyaya dollar əskinaslarının köçürülməsini qadağan etməyi təklif edib
Rusları dollara da "həsrət qoymaq" istəyirlər...

Polşa, İrlandiya və Baltikyanı ölkələr Rusiyaya qarşı sanksiyaları artırmağa çağırıb.

SİA “Bloomberg”-in mənbələrinə istinadən yazır ki, xüsusilə, Rusiya Federasiyasından “mayeləşdirilmiş təbii qaz”ın istifadəsinə, dollar əskinaslarının köçürülməsinə qadağa qoyulması təklif edilir.

Mənbə onu da qeyd edib ki, Baltikyanı respublikalar, Polşa və İrlandiyanın hakimiyyət orqanları sanksiyalar paketini əhəmiyyətli dərəcədə genişləndirmək təşəbbüsü ilə çıxış ediblər.

Onların fikrincə, bura Rusiyanın mayeləşdirilmiş təbii qazından istifadəyə qadağa, nüvə enerjisi sahəsində qarşılıqlı fəaliyyətə məhdudiyyətlər daxil edilməlidir.

Bundan əlavə, tədbirlər siyahısına dollar əskinaslarının Rusiyanın kredit təşkilatlarına verilməsinə qadağa da daxil ola bilər.

Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqının Moskvaya qarşı yeni sanksiyalar paketində neft sektoruna və kibertəhlükəsizliyə qarşı məhdudiyyətlərin daxil edilməsini planlaşdırdığı deyilirdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə