ABŞ Konqresi Baydenin səlahiyyətlərini məhdudlaşdırır?

ABŞ Konqresi Baydenin səlahiyyətlərini məhdudlaşdırır?

ABŞ-ı prezident Cozef Baydenin dağıdıcı təşəbbüslərindən xilas etmək üçün Konqres Vaşinqtonun səlahiyyətlərini məhdudlaşdıran qanun qəbul etməlidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ket Kammak “Newsweek” üçün yazdığı məqalədə yazıb.

Maraqlıdır ki, nümunə olaraq, konqresmen Florida ştatını göstərir. Onun yazdığına görə, burada hələ 2010-cu ildə yerli hakimiyyət orqanlarına Vaşinqtonun təşəbbüsünü rədd etmək hüququ verən qanun qəbul ediblər,.. onun icrası beş il ərzində bir milyon dolları keçəcək.

Kammaka görə, konqresdəki respublikaçılar Baydeni “cilovlamaq” üçün federal səviyyədə oxşar qanunun qəbuluna təkan verməlidirlər.

Konqresmenin yazdığına görə, Baydenin uğursuz siyasəti vətəndaşların gəlirlərinə böyük təsir göstərir: ərzaq qiymətləri artır, ümumiyyətlə gündəlik həyat üçün kommunal ödənişlərə mənfi təsir edir.

Qeyd edək ki, bundan əvvəl Ağ Evin İqtisadi Şurasının üzvü Jared Bernstein bildirmişdi ki, ABŞ hakimiyyəti "narahat dərəcədə yüksək" inflyasiya səviyyəsinə görə çox çalışmalıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə