İranda 22 yaşlı Məhsa Əmininin öldürülməsinə qarşı davam edən aksiyalarda 31 yerli sakinin öldürüldüyü bildirilir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Kommersant” yerli KİV-ə istinadən xəbər verir.
Etirazlar yüzdən çox şəhəri və otuz əyaləti əhatə edib. Etirazçılar polis və inzibati binaları yandırıb, hakimiyyət interneti kəsib, hüquq-mühafizə orqanları gözyaşardıcı qazdan istifadə edir.
Xatırladaq ki, Məhsa Əmini sentyabrın 13-də hicab “düzgün geyinmədiyi” üçün əxlaq polisi tərəfindən saxlanılıb, şöbəyə aparılıb, bir neçə gün sonra isə qız dünyasını dəyişib. Polis qızın infarktdan öldüyünü bildirsə də, ailəsi onun səhhətində, xüsusən də ürək-damar sistemində heç bir problemin olmadığını israr edir.
Məhsa sentyabrın 16-da xəstəxanada ölüb.
Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi Məhsa Əmininin ölüm səbəblərinin hərtərəfli araşdırılacağını deyib. O, mərhumun ailə üzvləri ilə danışmasına aydınlıq gətirib və onları əmin edib ki, hakimiyyət “hər bir vətəndaşın hüquqlarını” təmin etmək üçün hər şeyi edəcək.
...Bunu isə “İnterfaks” xəbər verir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB