Kiyev Qərbdən tanklar tələb edir...

…Ukrayna hakimiyyəti müasir tankların təcili çatdırılmasını xahiş edir.

SİA bunu “Politico”nun mənbələrə istinadən xəbər verir.

Maraqlıdır ki, Qərb ölkələri Kiyevin bu tələbini yerinə yetirməyə tələsmirlər. Məsələ bundadır ki, Xarkov və Xerson vilayətlərində əks-hücum əməliyyatı fonunda Amerikanın “Abrams” və ya Almaniyanın “Leopard” tanklarının köməyi ilə daha böyük uğurlara imza atmağı gözləyən Kiyevin arzu siyahısında birinci yeri tutub.

Bununla belə, ABŞ və Almaniyanın yüksək rütbəli milli təhlükəsizlik rəsmiləri tankları təhvil verməkdə tələsmirlər. Buna səbəb isə deyilənlərə görə logistika çətinlikləridir.

Belə ki, bu tanklar sovet dövrünün maşınlarından tamamilə fərqli sistemdir və əhəmiyyətli texniki xidmət və logistika tələb edir.

“Politico”nun yazdığına görə, alman “Leopard”ları yaxın döyüş üçün daha uyğundur, çünki onlar Ukraynada artıq xidmətdə olan tanklara bənzəyirlər və “Abrams”dan fərqli olaraq, daha az yanacaq tələb edirlər.

Lakin məlum olduğu kimi, Almaniya dəfələrlə Ukraynanın tank vermə tələbini rədd edib və müdafiə naziri Kristina Lambrext bu yaxınlarda Berlinin NATO tərəfdaşları ilə “birtərəfli qaydada” belə bir addım atmamaq barədə razılığa gəldiyini bildirib.

Qeyd edək ki, Ukrayna daha çox Qərb müttəfiqlərindən sovet istehsalı olan zirehli texnikalar alır. Məsələn, bu yaxınlarda ABŞ-dan “Abrams”lar alan Polşa özünün sovet istehsalı olan 250 “T-72” tankını Kiyevə verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə