Süleyman Soylu terrorçunun tutulduğunu açıqladı

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Şırnakın Silopi bölgəsində bir terrorçunun tutulduğunu açıqlayıb. SİA xəbər verir ki, Soylu "tvitter" hesabında "Başlarını yuvalarından çıxardıqları anda qəhrəman balalarımız yaxalanır" sözlərini paylaşıb. Silopinin Cudi dağı Bestabeleqa bölgəsində terrorçunun tutulduğunu bildirən Soylu, bölgədə patrul xidməti həyata keçirən jandarma qruplarının diqqəti sayəsində onlara təşəkkürlərini çatdırıb.

Nazir Soylu paylaşımında həmçinin bildirib ki, saxlanılan terrorçu ilə birlikdə oradan tapançalar, jurnallar, gecəgörmə aparatları, qumbaralar və müxtəlif materialların fotoşəkili də götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə