Onu necə deyirlər...hə, aləmdirlər ey..!

...Deməli Rusiyada qismən hərbi səfərbərliyə start verildiyi ərəfədə ermənilər də bundan“cuşə gələrək” erməni hərbi səfərbərliyindən danışmağa başlayıblar. Özü də elə-belə səfərbərlikdən yox, sırf “sivil erməni səfərbərliyi”ndən dəm vururlar.

Amma onu da deyim ki, ermənilər ruslardan fərqli olaraq hərbi səfərbərliklərini qismən yox, tam, yəni total səfərbərlik keçirmək istəyirlər.

Bəs, necə, ermənilər elə-belə səfərbərlikdən yox ey, dediyim kimi, “sivil erməni səfərbərliyi”ndən danışırlar.

...Deyirəm, nə Sarkis Tsarukyanın yeridir. Gəlib “döyüşkən erməni”lərə onların əsil “voin” olduqlarını bir daha xatırladardı. Hə, indi nə olsun ki, 44 günlük müharibədə əsil “voin” olan millətin 10 mindən artıq əsgəri “dezertir” çıxdı.

Demirəm ki, bir balaca qorxmuşdular,..yox, sadəcə olaraq,... bəlkə deyirəm, kiminsə təsiri altına düşmüş və əsil “voin” olduqlarını unudublarmış.

Ona görə də, ermənilərə təcili olaraq Tsarukyanın İrəvana çağırtdırmağı məsləhət görürəm. Deyirəm, gəlib ermənilərin əsil “voin” olduqlarını onlara bir daha xatırlatsın. Hə, onu da düşünürəm ki, Tsarukyan gəlmişkən elə ermənilərin sivil səfərbərliklərinin müəyyən hissəsini elə ona da həvalə etmək olar.

Çünki, bu sivil səfərbərlik, ermənilərin özləri demiş, əvvəlki səfərbərliklərdən fərqli olaraq tam olmalıdır. Yəni Ermənistanın, “artsax”ın və diasporun birliyində, elə... Ermənistanın bütün vətənpərvərlərinin birliyində...

...Amma deyim ki, bu “sivil erməni səfərbərliyi” ilə bağlı bütün məsələləri hələ ki, yerli ermənilərdən gizli saxlamaq lazımdır. Çünki, nə bilmək olar, birdən sivil səfərbərliklə bağlı plan faş olar,.. deyirəm onda Ermənistandan qaçanların qabağını almaq mümkün olmayacaq.

Ona görə də erməni sivil səfərbərliyi ilə bağlı bütün sirlər hələ ki, elə sirr olaraq saxlanılmalıdır.

...Yoxsa, dediyimiz kimi, ölkədə olan-qalan ermənilər də qaçıb aradan çıxıb Ermənistanı...ermənisiz Ermənistana çevirərlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə