İslandiyada terror aktında şübhəli bilinən 4 nəfər saxlanılıb

İslandiyanın paytaxtı Reykyavikdə terror aktı hazırlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb. SİA xəbər verir ki, silah istehsalına cəhddə, 3D printerdən istifadə edərək və onları satmaq niyyətində ittiham olunan şübhəlilərin parlament və polis də daxil olmaqla ictimaiyyətə və ya dövlət qurumlarına qarşı terror aktı planlaşdırdıqları güman edilir. Şübhəlilərdən ikisi hələ də həbsdədir, digər ikisi isə sərbəst buraxılıb. Şübhəlilərin radikal təşkilatlarla əlaqəsi ola biləcəyini müəyyənləşdirən İslandiya polisinin "İnterpol" ilə yanaşı digər ölkələrin polis rəsmiləri ilə də əlaqə saxladığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə