Miqrant qayığında 34 nəfərin cəsədi tapılıb - Suriya sahillərində

Suriya sahillərində miqrant qayığında 34 nəfərin cəsədi tapılıb. SİA xəbər verir ki, Suriya limanlarının baş direktoru Samer Qubruslının verdiyi açıqlamada qayıqda 34 nəfərin cansız cəsədinin tapıldığı bildirilib. Qayıqda olan 14 nəfərin xilas edildiyini bildirən Qubruslı, sağ qalanların günlər əvvəl Livanın şimalındakı Minye kəndini tərk edərək yola düşdüklərini söyləyib. Qayıqda bir neçə ölkədən immiqrantın olduğu məlum olarkən, güclü külək və çətin dəniz şəraitində axtarış işlərinin davam etdiyi bildirilib.

Qeyd edək ki, aprel ayında Tripoli şəhəri yaxınlığında batan miqrant qayığında 7 nəfər həyatını itirib, 40 nəfər xilas edilib, 30 nəfər isə rəsmi olaraq itkin düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə