Almanlar enerji böhranı və inflyasiyadan narahatdırlar

Almaniya enerji böhranı və artan inflyasiyanın kölgəsində keçirəcəyi qışdan narahatdır. SİA xəbər verir ki, keçirilən sorğuya əsasən, almanların əksəriyyəti gələn il daha yüksək inflyasiya gözləyir. Sentyabrın 8-dən 12-dək 2500 respondent arasında keçirilən sorğuda Almaniyada 68 faizlə enerji böhranı bir nömrəli narahatlıq, ikinci yerdə inflyasiya 64 faiz, müharibə isə 55 faiz olub. Sorğunun nəticələrinə görə, inflyasiya insanları əsəbiləşdirir və respondentlərin 48 faizi heç nə saxlaya bilməyəcəyini bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...