ABŞ 170 milyon dollardan artıq humanitar yardım edəcəyini AÇIQLADI

ABŞ bu gün Myanma daxilində və xaricində Rohinqya müsəlmanlarına, habelə Banqladeşdə qaçqınları qəbul edən icmalara 170 milyon dollardan çox humanitar yardım edəcəyini açıqlayıb. SİA xəbər verir ki, məlumatda qeyd edilir: "1999-cu ildən bəri Banqladeşin Koks Bazar bölgəsinə qaçan 740.000 Rohinqya qaçqınına verdiyimiz ümumi yardım təxminən 1,9 milyard dollara çatır. Bu yardımın 93 milyon dollardan çoxunun ABŞ Xarici İşlər Nazirliyi tərəfindən, 77 milyon dollarının isə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) xətti ilə həyata keçiriləcək".

Bu 170 milyon dolların 138 milyonunun Banqladeşdəki 940 min qaçqına və onlara kömək edən 540 min banqladeşliyə xidmət göstərəcəyi bildirilən bəyanatda beynəlxalq ictimaiyyət də Rohinqya müsəlman qaçqınlarına dəstək verməyə çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə