Kuleba NATO-nun Kiyevə qoşulmaq istəyini bildirib?

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba hesab edir ki, NATO-nun Kiyevə qoşulmaq istədiyini düşünür. Qeyd edək ki, o, belə bir bəyanatla BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edib.

SİA bununla bağlı TASS-a istinadən xəbər verir.

Qeyd edək ki, ona ölkənin Şimali Atlantika Alyansına üzvlüyü barədə sual verilib.

O isə,.. “düşünürəm ki, NATO indi Ukraynaya qoşulmaq istəyir”-deyə əminliklə bildirib.

Bundan əvvəl Kiyev NATO-nun baş katibi Yens Stoltenberqə Qərbdən Kiyev üçün təhlükəsizlik zəmanəti layihəsi təqdim edib. Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, görüş zamanı o, NATO-nun baş katibinə “Ukraynaya dəstəyin gücləndirilməsində liderliyinə” görə minnətdarlığını bildirib.

Öz növbəsində Stoltenberq də NATO-ya üzv ölkələr beynəlxalq ictimaiyyəti və BMT-ni birləşdirməli və Ukrayna tərəfinə yardımı davam etdirməklə yanaşı, Rusiyaya qarşı sanksiya təzyiqlərini artırmalı olacaqlarını da bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə