“Rusiya ilə düşmənçilik planlı bir xəyanətdir”

Bizim üçün bu taleyüklü günlərdə, Türkiyə-Azərbaycan tandemi Ermənistanı və “artsax”ı məhv etmək istədiyi bir vaxtda Rusiya ilə düşmənçilik sadəlövhlük deyil, planlı bir xəyanətdir.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bu fikri Ermənistanın Helsinki Komitəsinin sədri, hüquq müdafiəçisi Avetik İşxanyan da deyib.

İşxanyana görə, guya diktatura rus əleyhinə danışanlara müxtəlif media vasitəsi ilə KTMT və Rusiyanın ünvanına hürməyi tapşırır.

Erməni xalqı, Ermənistan və “artsax” üçün bu taleyüklü günlərdə Türkiyə-Azərbaycan tandemi Ermənistanı və “artsax”ı dağıtmaq istəyəndə Rusiya ilə düşmənçilik sadəlövhlük deyil, əksinə, düşmənçilikdir, planlı xəyanətdir. Nə deyim, bu itlərin hamısı sahibinin göstərişi ilə yemək və pul paylanılır.

Qeyd edək ki, erməni hüquq müdafiəçisi bunu “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, bu həftə Ermənistanda Qərb yönümlü siyasi qüvvələr, o cümlədən “Sasna Tsrer” iki dəfə İrəvanın mərkəzində KTMT-dən və Rusiya hərbi bazasının ölkədən çıxarılması tələbi ilə etiraz aksiyaları təşkil edib və keçirib. Tədbirlər KTMT və Rusiya Azərbaycanın Ermənistan Respublikasına təcavüzünə kifayət qədər təmkinli reaksiya verdikdən sonra həyata keçirilib.

İşxanyan daha sonra bildirib ki, Azərbaycan öz döyüşkən ritorikasını davam etdirir, şərtlərinə əməl olunmayacağı təqdirdə Ermənistanı “yeni təcavüzlə” hədələyir. Ermənistan Respublikasının “suveren ərazilərinin” işğalından və atəşkəs rejiminin sistemli şəkildə pozulmasından sonra Bakı rejimi təcavüz üçün yeni zəmin hazırlayır.

İşxanyana görə, bir gün əvvəl Azərbaycanda elan edilmiş səfərbərlik buna sübutdur. Bütün bunlar beynəlxalq ictimaiyyətin səssiz razılığı ilə baş verir. Nə deyəsən?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə