Nyu-Yorkda BMT-nin 77-ci sessiyasında iştirak edən İran Prezidenti İbrahim Rəisi CNN televiziyasına müsahibə verməkdən imtina edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, müsahibə üçün əvvəlcədən razılıq əldə olunsa da, Prezident İbrahim Rəisi müsahibə verməkdən imtina edib. İran Prezidenti CNN-nin müxbiri Kristina Amanpura başının bağlı olması şərtini irəli sürüb. Lakin jurnalist başını örtmək istəməyib. Bu səbəbdən də İbrahim Rəisi müsahibə vermək istəməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB