Estoniya hökuməti “Okas 2022” əlavə hərbi təlimlərə ehtiyatda olan hərbçilərin və hərbiləşdirilmiş milis üzvlərinin çağırılması barədə göstəriş verib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti təlim-məşq toplanışının sentyabrın 22-dən 28-dək keçiriləcəyini bildirib.
“Müdafiə Qüvvələri komandirinin təklifi ilə 11-ci piyada batalyonunun və 16-cı hava hücumundan müdafiə batalyonunun ehtiyatda olan əsgərləri, habelə “Kaitseliit” hərbiləşdirilmiş milis dəstəsinin üzvləri əlavə hərbi xidmətə çağırılacaq. Verilən məlumata görə, ümumilikdə 2 861 nəfər təlimlərə qatılacaq”, - məlumatda deyilir.
“Okas-2022” əlavə təlim-məşq toplanışı zamanı hökumətin qərar qəbul etməsindən tutmuş təyinat məntəqələrində ehtiyatda olan hərbçilərin toplanmasına qədər milli müdafiə komandanlığı zəncirinin işi hazırlanır.
Estoniya hökuməti təklif edir ki, ordu istənilən vaxt cəld reaksiya verməyə və məşq etməyə hazır olmalıdır.
Hazırda Estoniyanın təhlükəsizliyinə birbaşa təhlükə olmadığı da qeyd edilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə