Makron sayılmadı və Fransanı dünyanın gözündə aşağıladı

Afrikalı fəal Nathalie Yamb E.Makronun sözlərinə reaksiya verərək “Bir şey dəqiqdir ki, mən sizinlə danışarkən Fransa qüvvələri Niger, Burkina Faso, Kot-d İvuar, Seneqal, Cibuti və Madaqaskar adalarındadır, bu ölkələrin qoşunları Fransada deyil

Fransa prezidenti Emmanuel Makronun Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında çıxışı və zaldakı boş oturacaqlar müzakirələrə səbəb olub.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Makronun arada səs tonunu yüksəltdiyi çıxışı Afrikada, zalın əksəriyyətlə boş olması isə sosial mediada gündəm olub.

“Twitter” istifadəçiləri Makronun çıxışı zamanı zalın əsasən boş olduğunu ortaya çıxaran müxtəlif şəkilləri tez-tez paylaşaraq “Fransa cazibəsini itirib” şərhini yazıblar.

Fransa siyasətçisi Fransua Asselineau “Twitter” hesabında yazıb: "Makron dəhşətli dərəcədə alçaldıldı. Onun çıxışı zamanı ölkələrin dörddə üçü iştirak etmədi. Başqa ölkə başçılarının çıxışı zamanı isə zal dolu idi. Fransa mediasının parıldamaq üçün göstərdiyi səylərə baxmayaraq, Makron sayılmadı və Fransanı dünyanın gözündə aşağıladı”.

Təxminən 30 dəqiqə BMT-də çıxış edən Fransa prezidentinin "Bir şey dəqiqdir ki, mən indi sizinlə danışarkən Rusiya qüvvələri Ukraynadadır, Ukrayna qüvvələri Rusiyada deyil. Biz hamımız buna baxmalıyıq” sözləri Afrikada reaksiyaya səbəb olub.

Afrikalı fəal Nathalie Yamb E.Makronun sözlərinə görüntülərə istinadən reaksiya verərək “Bir şey dəqiqdir ki, mən sizinlə danışarkən Fransa qüvvələri Niger, Burkina Faso, Kot-d İvuar, Seneqal, Cibuti və Madaqaskar adalarındadır, bu ölkələrin qoşunları Fransada deyil" sözlərini paylaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə