Rusiya və ABŞ kosmonavtları "Soyuz MS-22" ilə uçdular

Beynəlxalq Kosmik Stansiyasında 188 gün qalacaq Rusiyanın kosmos komandası bu müddət ərzində 5 dəfə kosmik tədqiqata çıxacaq

Rusiya kosmonavtları Sergey Prokopyev, Dmitri Petelin və amerikalı astronavt Frensis Rubionun olduğu Rusiyanın "Soyuz MS-22" kosmik gəmisi Qazaxıstanın Baykonur kosmodromundan fəzaya buraxılıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Rusiya Federal Kosmik Agentliyi “Roskosmos” ilə ABŞ-ın Aerokosmik Agentliyi (NASA) arasında imzalanan birgə çarpaz uçuşlar müqaviləsi çərçivəsində həyata keçirilən ilk kosmos uçuşu sentyabrın 21-də Türkiyə vaxtı ilə saat 16.54-də həyata keçirilib.

“Soyuz MS-22” kosmik gəmisinin orbitə buraxılması anı “Roskosmos” və NASA-nın rəsmi sosial media saytlarında canlı yayımlanıb.

Beynəlxalq Kosmik Stansiyasında 188 gün qalacaq Rusiyanın kosmos komandası bu müddət ərzində 5 dəfə kosmik tədqiqata çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə