...Yadınızda olar, o vaxt da ölkə prezidenti müddətli həqiqi hərbi xidmətdə olanların döyüş zonalarına gönərilməyəcəklərini bildirmiuşdi. Amma sonradan bütün bunlar...lorı dildə desək yalan çıxdı. Belə ki, elə o vaxt olduğu kimi, elə indi də rus ordusundakı itkilərin çoxunu... müddətli həqiqi hərbi xidmətə çağırılanlar təşkil edirlər.
...Nə demək istəyirəm?
Deməli, o gün Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov “Parlamentskaya qazeta”ya verdiyi müsahibəsində, səfərbər olunan yeni rus gənclərinin, guya döyüş bölgəsinə göndərilməyəcəyini, onlardan ancaq Ukrayna ilə sərhəd rayonları olan Bryansk, Belqorod, Kursk və digər bölgələrini qorumaq tələb olunacaqlarını bildirib.
...Nə bilmək olar,..amma deyim ki, komitə sədrinin bu açıqlaması, Rusiyadan qaçanların sayına heç bir təsir-filan göstərməyib, əksinə “dezertir”lərin artım sayına daha da təkan verib. Əgər belə olmasaydı, dünən rusların bu ölkəyə gəlişindən bezən ermənilər Ermənistanın rezendən olmadığını “əsas gətirərək”, onları öz ölkələrində görmək istəmədiklərini bildirməzdilər.
...Amma deyim ki, bir müddət bundan əvvəl, yəni Putin Nikolu yanına salıb ova...üzr istəyirəm, Vladvostoka aparanda Paşinyan Vladimir Vladimiroviçə yalmanaraq son günlər Ermənistana xeyli sayda rusun gəldiyini və ermənilərin “rus qardaşlarını” öz ölkələrində qarşılamaqdan “məmnun” olduqlarını bildirmişdi...
“...Rusiyada qismən səfərbər olunsa da, Ukraynadakı xüsusi əməliyyatın statusu dəyişməyəcək”.
SİA-nın TASS-dan əldə etdiyi xəbərə görə, bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
P.S: ...Yaddaş üçün deyim ki, ova gedənlər yanlarında adətən tula aparırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB