Fransa prezidenti Emmanuel Makron tərəflər buna hazır olduğu anda, Rusiya və Ukraynanın danışıqlar masasına qayıtmasının vacibliyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” yazır.
“...Düşünürəm ki, bu gün biz hər şeyi etməliyik ki, cəlb olunan tərəflərin seçdiyi anda, Ukrayna bunu edə bildikdə, tərəflər danışıqlar masasına qayıtsınlar”, - Makron bildirib.
Onun sözlərinə görə, danışıqlarda Ukraynanın irəli sürdüyü tələblər, o cümlədən dövlət sərhədlərinin “ən azı fevralda mövcud olduğu formada” bərpası nəzərə alınmalıdır.
Qeyd edək ki, bundan əvvəl Makron BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı Ukraynadakı vəziyyətə görə dünyanı parçalamaq riski barədə xəbərdarlıq etmişdi.
Və bu arada Qətər əmiri Təmim bin Həməd Al Tani də Fransa və Türkiyə prezidentləri Emmanuel Makron və Rəcəb Tayyib Ərdoğanın Ukrayna və Rusiyanı barışdırmaq cəhdlərini dəstəkləyərək, Moskva və Kiyevi dialoqa “itələməyin” lehinə danışıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB