Kiyev bu dəfə ATACMS-larla bağlı ümidlidir...

Kiyev bu dəfə ATACMS-larla bağlı ümidlidir...

Bu arada Ukrayna müdafiə nazirinin müavini Volodimir Qavrilov ümidlənib. O, Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik barədə bəyanatından sonra Vaşinqtonun Kiyevə ATACMS ballistik raketlərinin verilməsi ilə razılaşacağına inanır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “RİA Novosti” “Defense One” agentliyinə istinadən bildirib.

Belə ki, Texasda keçirilən milli müdafiə sənayesi assosiasiyasının konfransında çıxış edən Qavrilov ümid edib ki, Rusiyadakı qismən səfərbərlikdən sonra... “Vaşinqtonun Ukraynanın ATACMS-ə layiq olduğu və onlara həqiqətən ehtiyacı olduğu barədə siyasi qərara daha da yaxınlaşıb”.

Qavrilov ABŞ rəsmilərini Kiyevə veriləcək ATACMS-lardan Rusiya Federasiyasının ərazisindəki obyektlərə atmayacaqlarına da söz verib. ABŞ tərəfinin bundan ehtiyatlandığını diqqətə çatdıran nazir müavini, Ukraynanın Rusiya ərazilərinə zərbələr endirmək fikrində olmadığına da əminliklə bildirib.

Xatırladaq ki, daha əvvəl media Pentaqon rəhbərliyinin Kiyevin Rusiya ərazisinə ATACMS ballistik raketləri ilə zərbə endirmək qərarına gələcəyi təqdirdə Rusiya Federasiyasının cavabından “qorxaraq”, Ukraynaya uzaqmənzilli raketlərin verilməsinə qarşı çıxdığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə