KTMT-dən çıxmaq istəyən ermənilər indi də Ukraynanı dəstəkləyirlər..?
Sentyabrın 21-də “Sasna Tsrer” və Mixail Xodorkovskinin müharibə əleyhinə “Kovçeq” hərəkatı İrəvanın mərkəzində Ermənistanın KTMT-dən çıxması tələbi ilə etiraz aksiyası keçiriblər.
Erməni saytlarının verdiyi xəbərlərə görə, “Azadlıq” meydanında 1000 nəfərdən çox olmayan insanın iştirak etdiyi aksiyada təşkilatçılar Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını və ölkənin KTMT-dən çıxmasını tələb ediblər.
Aksiya iştirakşılarının iddiasına görə, bu tələblər yerinə yetiriləcəyi təqdirdə Amerika ermənilərə, guya hərbi yardım göstərəcək.
Aksiya təşkilatçıları ona da əminlik bildiriblər ki, yalnız bu addımları atmaqla Ermənistanın suverenliyini bərpa etmək mümkün olacaq.
Ermənistanın indiki hakimiyyətinin bu günkü siyasətindən narazılıq edən aksiya iştirakçılarının iddiasına görə, hazırda ölkə guya “türk palası ilə rus çəkməsi” arasındadır. Bu mənada Ermənistanı KTMT-dən çıxarmaq, Rusiya bazasını ölkədən kənarlaşdırmaq və Avropanın simasında sivil dünya sıralarına qoşulmaq çağırışı edilib.
Maraqlıdır ki, hərəkat iştirakçıları daha sonra Rusiyanın İrəvandakı səfirliyinə yürüş edərək yuxarıdakı tezisləri orada da səsləndiriblər. O da maraqlıdır ki, dünənə qədər Rusiyanın Ukraynadakı savaşına “dəstək olan” ermənilər bu dəfə Ukraynanı tam dəstəklədiklərini, Rusiyanın hərəkətlərini isə pislədiklərini bildiriblər.
Qeyd edək ki, Rusiya səfirliyi ətrafına toplaşan hərəkat iştirakçılarını Amerika bayrağı qaldırılmış avtomobillər də dəstəkləyib.
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bu KTMT-dən çıxmaq tələbi irəli sürən “Sasna Tsrer”in ikinci etiraz aksiyasıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB