Türkiyə Prezidentinin sözçüsü səfir İbrahim Kalın BMT Baş katibinin müavini Martin Qriffiths ilə BMT-nin Baş Qərargahında görüşüb. SİA xəbər verir ki, görüş zamanı Ukraynadakı siyasi, hərbi və humanitar vəziyyət, eləcə də yardım məsələləri və taxıl daşınması prosesi müzakirə edilib.
Görüşdə həmçinin Ukraynada münaqişə zonalarında humanitar dəhlizlərin açılması və mülki şəxslərin təxliyəsi ilə bağlı Türkiyənin diplomatiyasının əhəmiyyəti vurğulanıb. Türkiyə və BMT-nin birgə təşəbbüsləri ilə reallaşdırılan İstanbul Konsensusunun dünya ərzaq böhranının həllinə verdiyi töhfəyə diqqət çəkilib. Bildirilib ki, Türkiyənin Ukraynadakı münaqişələrə son qoymaq üçün atəşkəsə nail olmaq və danışıqlar prosesinə qayıtmaq istiqamətində gərgin səyləri davam edir. Türkiyə ilə BMT-nin humanitar böhranların qarşısının alınmasında sıx koordinasiya və əməkdaşlığı davam etdirməsi razılaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB