Yunanıstanın ABŞ ilə korvetlərin birgə istehsalı üçün danışıqlar aparacağı iddia edilib. SİA xəbər verir ki, BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu Yorka səfər edən Yunanıstanın Baş naziri Kiryakos Mitsotakisin Silahlı Qüvvələrə yeni korvet əlavə etmək üçün görüşlər keçirəcəyi bildirilib. Hələ planlaşdırma mərhələsində olan korvetin Yunanıstan tərəfindən təsdiqlənməsi halında ilk model üçün istehsal işlərinə başlanılacağı təklif edilib. Sualtı döyüş və hava hücumundan müdafiə sistemləri yerləşdirməyə qadir olduğu bildirilən korvetin qiymətinin daha aşağı olacağı gözlənilir. İstehsalın Yunanıstanda həyata keçirilməsinin planlaşdırıldığı və gələcəkdə xaricə satış imkanlarının da qiymətləndirildiyi iddia edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB